İrevan Tv
CANLI TV

Dünya
20 May 2024
2

Rəisinin ölümündən sonra İranın idarəetmə strukturunda dəyişiklik edildi



 

"İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın ölümündən sonra ölkəni idarə etmək üçün altı xüsusi hökumət komitəsinin yaradıldığını elan edib".


Bu barədə İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhromi deyib.


09:57

İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra bu gün İranın vitse-prezidenti Məhəmməd Moxberin rəhbərlik etdiyi Nazirlər Kabinetinin növbədənkənar iclası başlayıb.


Bu barədə "Azad İran" "Telegram" xəbər yayıb.


Məlumata görə, iclasda Məhəmməd Moxber İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olduğunu bildirib.


Qeyd olunub ki, helikopterdə İran prezidenti ilə birlikdə həlak olan digər rəsmilərin də adları açıqlanıb.


"Onların arasında İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olub", - deyə Moxber bildirib.


09:57

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın ölüm xəbəri rəsmən elan olunandan dərhal sonra İran hökuməti təcili iclas keçirir.


Bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.


Məlumat üçün əlavə edək ki, artıq İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopterin qalıqları tapılıb.