İrevan Tv
CANLI TV

Cəmiyyət
21 Oktyabr 2024
17

Gözəlliyi ilə göz oxşayan İrəvan Xalçası



 

İrəvan qrupu xalçaları – Qərbi Azərbaycanın Ağbaba, Şörəyel, Loru, Pəmbək, Şəmşəddin, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Talın, Aparan mahallarında, İrəvan şəhərində “Gördəst” üsulu ilə toxunan xalça və xalça məmulatlarıdır.


“Yeni Gundem” xəbər verir ki, xalçalar həm xovlu, həm də xovsuz texnika əsasında toxunur.Palaz, kilim, zili, vərni, cecim kimi xovsuz xalçalar dəvə, qoyun yunundan, keçi qəzilindən toxunmaqla mifoloji quş, heyvan təsvirlərini özündə əks etdirir.


Xalçaların naxış-kompozisiya seçimində dini təsəvvürlər, inanclar öz əksini tapıb.