İrevan Tv
CANLI TV

İdman
15 Avqust 2024
5

"Qarabağ"ın yeni qapıçısı "Dinamo Zaqreb"lə oyuna çıxa bilər?



 

"Qarabağ" klubunun yeni qolkiperi Mateuş Koxalski "Dinamo Zaqreb"lə keçiriləcək UEFA Çempionlar Liqasının pley-off matçında sifariş ərizəsinə daxil edilə bilər.


Avrokubokların birinci, ikinci və üçüncü təsnifat mərhələlərində çıxış edən futbolçu transfer olunduğu komandanın heyətində pley-off mərhələsinin iştirak ərizəsinə daxil edilə bilər. Pley-off və qrup mərhələsində çıxış etmiş oyunçu isə keçid etdiyi komandanın sifariş ərizəsinə daxil edilə bilməz.


Polşa çempionatının ən güclü qapıçısını transfer edən "Qarabağ" Mateuş Koxalskini "Dinamo Zaqreb"lə görüşün sifariş ərizəsinə daxil edə və pley-off matçında oynada bilər.

Qeyd edək ki, Mateuş Koxalski bunadək "Legionoviya Legionovo", "Radomyak Radom" və "Legiya Varşava"da forma geyinib.