Qərbi Azərbaycan Xronikası: Zəngibasar niyə Masis adlandırılıb?
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə mərkəzi Uluxanlı kimi tanınan, əhalisi erməni zülmündən pərən-pərən düşərək müxtəlif ərazilərə səpələnən Zəngibasar rayonu haqqında süjet hazırlanıb.
"Qarqar, subar, qamər, sak və digər türk tayfalarının məskəni" adlı süjetdə tarixin müxtəlif dövrlərində ermənilərin həyata keçirdiyi təcavüz nəticəsində Azərbaycan ərazisi və əhalisinin param-parça edildiyi, qandonduran hadisələrin, faciə və məşəqqətlərin haylar tərəfindən planlı şəkildə reallaşdırıldığı bildirilib.
Qeyd olunub ki, Zəngibasar adı bu yerlərdən keçən Zəngiçayın adından götürülüb. "Zəngi" coğrafi adı isə türk tayfalarının birinin adından götürülüb. Mühüm strateji əhəmiyyətə malik olan bu ərazidə eradan əvvəl II minillikdən üzübəri bura qarqar, subar, qamər, sak və digər türk tayfalarının yurd yeri olub. Yerli əhalisi türklər olan bu əraziyə ermənilər 1828-ci ildən sonra etnik tərkibin dəyişdirilməsi məqsədilə İran və Türkiyədən kütləvi şəkildə köçürülüblər. Bundan sonra haylar havadarlarının köməyi ilə yerli əhaliyə qarşı müxtəlif fitnə-fəsadlara əl atıblar. 1920-ci ilə qədər ermənilərin törətdiyi hadisələr zamanı təkcə Uluxanlıda 2568 nəfər azərbaycanlının yarısı qırılıb və bu əraziləri tərk edib, Türkiyə və Naxçıvan ərazisinə keçib".
Diqqətə çatdırılıb ki, 1937-ci il dekabrın 31-də Qəmərli rayonundan 18, Üçkilsə rayonundan isə 14 kənd ayrılaraq ümumi sahəsi 170 kvadratkilometr olan Zəngibasar, dəyişdirilmiş adı Masis olan rayon yaradılıb. Qədim Uluxanlının adı da dəyişdirilərək Zəngibasar, yəni Masis rayonu adı ilə mərkəz elan olunub. Geniş sahəni əhatə edən Masis inzibati rayonu 1953-cü ildə yenidən ləğv edilib, kəndləri qonşu rayonlar, xüsusilə Üçkilsə və Qəmərli arasında bölüşdürülüb. 1969-cu il yanvarın 14-də Masis rayonu yenidən bərpa olunub. Bu rayona daxil olan 37 kəndin ancaq 4-də ermənilər yaşayıb. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar yaşadıqları 15-dən çox kəndi məcburən tərk ediblər. Bundan sonra 40-a yaxın tarixi yer adları dəyişdirilib. 1995-ci ildə Zəngibasar, yəni Masis, Qəmərli, yəni Artaşat, eləcə də Vedi, yəni Ararat rayonları ləğv edilərək Ararat mərzliyi yaradılıb.
Sonda vurğulanıb ki, azərbaycanlıların min illər boyu yaşadıqları doğma tarixi torpaqlarından didərgin salınmaları unudulacaq tarix deyil: "Əminik ki, Azərbaycan Qarabağa qayıdış hədəfinə nail olduğu kimi, Qərbi Azərbaycana qayıdış hədəfinə də nail olacaq və real tarix yaradacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Qərbi Azərbaycan Xronikası: Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu
Qərbi Azərbaycan Xronikası: I Pavelin qızının şərəfinə qurulan oğuz yurdu
Qərbi Azərbaycan Xronikası: Əhalisi sərt daglarla Türkiyəyə qaçmaga məcbur edilən rayon - VİDEO
Qərbi Azərbaycan Xronikası: Ermənilər Üçkilsəni necə Eçmiədzin etdilər?
Qərbi Azərbaycan Xronikası: Şəmşəddində ruslara qarşı etirazların səbəbi - VİDEO
Qərbi Azərbaycan Xronikası: Cəlil Məmmədquluzadənin dərs dediyi Uluxanlı məktəbinə nə oldu?
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Sünik və Sisakan yalanının üstü açıldı - Tarixi saxtakarlıq - VİDEO
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Qərbi Azərbaycan Xronikası: "Ermənilər Əmirxeyirdə vəhşiliklər törədiblər"
Qərbi Azərbaycan ərazisində türklərin Arşak, Sakan, Qarqar tarixinə hay iddiası