Ayxan Hacızadə: "Fransanın da üzrxahlıq edəcəyini gözləyirik"
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə 26 iyul tarixində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab olaraq 2 avqust tarixində Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib.
Bu barədə XİN-dən məlumat verilib.
"Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb.
Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik. Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - A.Hacızadə vurğulayıb.
Azərbaycan XİN-dən fransalı nazirə SƏRT CAVAB
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub
İlham Əliyevdən III MDB Oyunları ilə bağlı SƏRƏNCAM
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
Rəsmi Bakıdan Ermənistana TUTARLI CAVAB
Azərbaycan Polisi 106 yaşında
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55-ci ildönümüdür
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
Bakıdan İrəvana rəsmi tələb: "Mahnımızı oğurlayanlar cəzalandırılsınlar"