İrevan Tv
CANLI TV

Siyasət
09 İyul 2024
3

İlham Əliyev bəzi şəxslərə diplomatik rütbələr verdi



 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.


Bununla bağlı President.az məlumat yayıb.


Sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib:


fövqəladə və səlahiyyətli səfir

Əskərov Əlimirzamin Qəvvam oğlu


birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Atamoğlanov Ağalar Rahim oğlu

Quliyev Faiq Maqbet oğlu


ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Hacızadə Ayxan Elxan oğlu

Musayev Azər Samiddin oğlu

Yaqubova Aysel Şakir qızı.