İrevan Tv
CANLI TV

Siyasət
30 İyul 2024
3

Keçmiş məcburi köçkün: "Bütün düyünlər Şuşada çözüldü"



 

"Ailəmlə öz doğma yurdumuza qayıtdığım üçün çox xoşbəxtəm".


Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Ruhiyyə Şahmar qızı Kazımova deyib.


O qeyd edib ki, Ali Baş Komandanın və şəhidlərimizin sayəsində öz yurdlarına qovuşublar:


"Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Bir zamanlar bizə xəyal kimi görünənlər bu gün gerçək olub. İllərdir həyəcanla gözlədiyimiz gündür bu gün.


Mən şuşalı olmasam da, həyat yoldaşımla, ailəmlə Şuşaya qayıdıram. Ölkə başçımızın da dediyi kimi, Qarabağ Azərbaycandır!"


Şövqi Valeh oğlu Kazımov da öz hisslərini Oxu.Az-la bölüşüb:


"Şuşa Qarabağın gözüdür. Bütün düyünlər Şuşada çözüldü. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"


Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 21 ailə (79 nəfər) öz doğma yurduna köçürülür.


Xatırladaq ki, indiyədək Şuşa şəhərində 147 ailənin (570 nəfərin) daimi məskunlaşması təmin edilib.