İrevan Tv
CANLI TV

Cəmiyyət / İrevantv
14 İyun 2024
10

Elm və təhsil naziri "Son zəng" tədbirində iştirak edir - VİDEO



 

Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng" tədbiri keçirilir.


Oxu.Az-ın əməkdaşı Bakı şəhəri şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində iştirak edib.


Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və şagirdlər iştirak edirlər. Mərasimdə söz alan müəllimlər və valideynlər məktəblə bağlı xatirələrini bölüşür, sonuncu zəngi çalınan məzunlar isə hazırladıqları rəqsləri və mahnıları ifa edirlər.