Baş nazirdən əmək pensiyası ilə bağlı QƏRAR
Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.
Baş Nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən, Qaydada aşağıdakı dəyişikliklər edilib:
- 5.10-cu bənddə "20 ildən" sözləri "25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən)" sözləri ilə əvəz edilsin;
- aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:
"5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:
5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;
5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış".
Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Hərbçilərin əmək pensiyasına buraxılması ilə bağlı YENİLİKLƏR GÖZLƏNİLİR
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq
Prezident Ailə Məcəlləsindəki dəyişiklikləri TƏSDİQLƏDİ
Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK
Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Xəzərdə süni torpaq sahəsinin icarəsi ilə bağlı Baş nazir Əli Əsədovdan TAPŞIRIQ
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Bir qrup şəxsin əmək pensiyalarına əlavələrin hesablanması qaydası dəyişir
Deputat: "Dövlət hesabına yeni iş yerləri açılacaq"