İrevan Tv
CANLI TV

İdman / İrevantv
05 Avqust 2024
0

Azərbaycan Premyer Liqası: "Sabah" - "Şamaxı" matçında qalib müəyyənləşməyib



 

zərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün I turunda daha bir görüş keçirilib.


Oxu.Az xəbər verir ki, "Şamaxı" klubu Masazırda "Sabah"ın qonağı olub.


Görüşdə dörd qol vurulmasına baxmayaraq qalib müəyyənləşməyib - 2:2.


Meydan sahiblərinin heyətində Namik Ələskərov (16) və Xəyal Əliyev (32) fərqlənib. "Şamaxı" komandasından isə Rüfət Abbasov (44) və Belajdi Pusi (52) rəqib qapısına yol tapıb.


Qeyd edək ki, ilk tura bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Səbail" matçı ilə yekun vurulacaq.