AFFA beş klubu birdən cəzalandırdı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi Azərbaycan Premyer Liqasının ikinci turundan sonra baş verən hadisələrə görə beş klubu birdən cəzalandırıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının II turunun "Qarabağ" - "Kəpəz" oyununun 78-ci dəqiqəsində "Kəpəz" klubunun 8 nömrəli futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə bir oyun cəzalandırılıb. "Kəpəz" klubu isə 500 manat cərimə edilib.
"Araz-Naxçıvan" - "Şamaxı" oyununda hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" klubu 500 manat cərimə olunub.
"Səbail" - "Neftçi" oyununda "Səbail" klubunun beş futbolçusu sarı vərəqə aldığına görə "Səbail" klubu 700 manat cərimə edilib.
"Səbail" - "Neftçi" oyunu bitdikdən sonra stadionda "Neftçi" klubunun azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə "Neftçi" klubu 4 000 manat cərimə olunub.
"Səbail" - "Neftçi" oyunu bitdikdən sonra "Neftçi" klubunun 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə iki oyun cəzalanıb, "Neftçi" klubu 2 000 manat cəzalandırılıb.
"Turan Tovuz" - "Sumqayıt" oyununda "Turan Tovuz" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz" klubu 700 manat cərimə olunub.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun oyun cədvəli məlum olub
Azərbaycan Premyer Liqasında yeni tura start veriləcək
Azərbaycan Premyer Liqasında sonuncu tur vacib oyunlarla başlayır
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Qərbi Azərbaycan Xronikası: "1988-ci il deportasiyasında Hamamlıda böyük faciələr yaşanıb"
Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulacaq
Qurban Qurbanov: "Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq"
"Qarabağ"ın növbəti mərhələdəki rəqibi bəlli olur