Qızılın qiyməti tarixi maksimuma çatıb
Etibarlı aktivlərə güclü tələbat səbəbindən qızılın qiyməti tarixi maksimuma çatıb.
Bu barədə "Trading Economics" məlumat yayıb.
Qeyd olunur ki, "Comex" birjasında qızılın sentyabr fyuçersləri unsiya üçün 2493 dollardan (4238 manat) yuxarı satılır. Əvvəlki sessiyanın bağlanışında olan səviyyə ilə müqayisədə onlar demək olar ki, 1,4% bahalaşıb.
"Commerzbank"ın əmtəə üzrə analitiki Karsten Friç qiymətli metalın qiymətinin gələn il daha da artacağını gözlədiyini bildirib.
Friçin sözlərinə görə, gələn ilin ortalarında qızılın qiymətinin bir unsiya üçün 2600 dollara (4420 manat) yüksələcəyi gözlənilir. Bununla belə, 2025-ci ilin sonuna qədər qiymətlərin inflyasiyanın canlanması və gələn il daha yüksək faiz dərəcələri ilə bağlı spekulyasiyalar səbəbindən unsiyaya görə 2550 dollara (4335 manat; əvvəlki proqnozlara görə bir unsiya 2200 dollar idi - 3740 manat) düşəcəyi ehtimal edilir.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Hərbçilərin əmək pensiyasına buraxılması ilə bağlı YENİLİKLƏR GÖZLƏNİLİR
Dünyanın ən bahalı futbol brendləri açıqlandı
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
“ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Dünya bazarında neftin qiyməti artır