Yer yavaşlayır, gün uzanır: Alimlərdən səbəblər barədə sensasiyalı açıqlama
"Qlobal istiləşmə nəticəsində qütb buzlaqlarının əriməsi Yerin fırlanma sürətini dəyişdirir və bununla da günün uzunluğunu artırır".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə tədqiqatın nəticələri ABŞ-nin "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc edilib.
Alimlər qeyd edirlər ki, zamandakı dəyişikliklər cüzidir - gündə bir neçə millisaniyə. Hazırda Yerdə gün 86,4 min saniyə davam edir. Lakin müasir yüksək texnologiyalı dünyada bu millisaniyələr insanların etibar etməyə vərdiş etdiyi hesablama sistemlərinə, məsələn, GPS-ə mühüm təsir göstərir.
"Bu belə işləyir: insanlar dünyanı isitdikcə, buzlaqlar və buz örtükləri əriyir, bu ərinti suyu qütblərdən ekvatora axır. Bu vəziyyət planetin formasını dəyişdirir - qütblərdə yastılaşdırır və ortada daha qabarıq edir - beləliklə də, onun fırlanmasını yavaşladır", - deyə tədqiqatçılar izah edirlər.
Qeyd olunur ki, Ayın cazibə qüvvəsi də böyük rol oynayıb və bu, tədricən Yerin fırlanmasını yavaşladıb.
Mütəxəssislərin proqnozlarına görə, istixana qazlarının emissiyalarının artması ilə günün uzunluğu əsrdə 2,4 millisaniyə arta bilər.
Alimlər bu nəticələrə 1900-2100-cü illəri əhatə edən 200 illik dövrü təhlil edərkən gəliblər. Onlar iqlim dəyişikliyinin keçmişdə günün uzunluğuna necə təsir etdiyini başa düşmək və gələcəkdə onun rolunu proqnozlaşdırmaq üçün müşahidə məlumatlarından və iqlim modellərindən istifadə ediblər.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Ayda 10-larla metr uzunluğunda tunellər tapıldı
Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
15 dəqiqə kifayətdir: İstilik vurmasının orqanizmi məhv etməsi addımbaaddım
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir