Uşaqlar nə vaxt sosial şəbəkələrdə hesab yarada bilərlər?
"Uşağınız emosiyalarını idarə etməyi və neqativlərə adekvat cavab verməyi öyrəndikdə sosial şəbəkələrdə onun üçün hesab yarada bilərsiniz".
Bu barədə gazeta.ru-ya bloqerlər üçün platformanın icraçı direktoru Yekaterina Bokova məlumat verib.
Onun sözlərinə görə, uşaqlar adətən ibtidai sinifləri bitirdikdən sonra internetə çıxış əldə etmək istəyirlər.
Hər bir uşağa fərdi yanaşmaq lazımdır. Mütəxəssis izah edib ki, uşağınız emosiyalarını idarə etməyi, ünsiyyət qurmağı, stresli vəziyyətlərə və neqativlərə adekvat reaksiya verməyi öyrənənə qədər sosial şəbəkələrə girişi təxirə salmalmaq lazımdır.
Ekspert qeyd edib ki, uşaq sosial siqnalları başa düşməlidir. Ona internetdə hesab yaratmazdan əvvəl internetdə necə davranmalı olduğunu izah etmək lazımdır. Bundan əlavə, uşağınızın onlayn ünsiyyətə çox vaxt sərf etməməsinə nəzarət etmək vacibdir, bunun üçün o, məşğələlərə, gəzintilərə və müxtəlif tədbirlərə getməlidir. Mütəxəssis vurğulayıb ki, uşağa kiberbullinq barədə xəbərdarlıq etmək daha yaxşıdır.
"Heç kimin başqa şəxsi təhqir etməyə, qorxutmağa və ya alçaltmağa haqqı olmadığını və bu onun başına gələrsə, əminliklə cavab verməli və ya cinayətkara tamamilə məhəl qoymamalı olduğunu izah edin", - Bokova əlavə edib.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
İnternet insanlar üçün faydalı imiş
Mütəxəssisdən hər gün duş qəbul edənlərə TÖVSİYƏ
“ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?
15 dəqiqə kifayətdir: İstilik vurmasının orqanizmi məhv etməsi addımbaaddım
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Kibertəhlükələrin düşməni "sandbox" sistemi