Prezident: "Bu gün Avropanın bizim təbii qazımıza böyük ehtiyacı var"
"Bu gün Avropanın bizim təbii qazımıza böyük ehtiyacı var".
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
Bu məsələdə riyakarlığa son qoyulmasının vacibliyini qeyd edən dövlətimizin başçısı bildirib: "Avropa bir tərəfdən bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən onlar bunu maliyyələşdirmirlər".
Prezident İlham Əliyev, həmçinin vurğulayıb: "Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini genişləndirək, 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər, söhbət TANAP-dan gedir. TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq. Deyə bilərəm ki, Cənub Qaz Dəhlizinə yatırdığımız sərmayənin hələ də tam mənfəətini götürməmişik. Bizim neft və qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq. Eyni zamanda, deyirlər ki, on ildən sonra Avropa İttifaqının qaza ehtiyacı olmayacaq. Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmayacağı qaza on milyard dollarlarla vəsait qoyaq?!"
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Prezident: "Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir"
İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Prezident: "Bəlkə də gün gələcək, bizə yaşıl enerjini də irad tutacaqlar"
İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
İlham Əliyev: "Bu gün də buna ağız büzənlər var: "nəyə lazımdır", "yenə tədbir olacaq"
Azərbaycan Prezidenti: "Bizim ABŞ ilə münasibətlərimiz demək olar hər zaman sabit olub"