İrevan Tv
CANLI TV

Siyasət
22 İyul 2024
2

İlham Əliyev: "Biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik"



 

"Biz de-fakto və de-yure olaraq müstəqilliyi seçdik - müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, bizimlə əməkdaşlığa can atan tərəfdaşlarımızla səmərəli əməkdaşlıq. Əlbəttə ki, biz daxili potensialımıza söykənirdik".


AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.


Dövlətimizin başçısı, həmçinin, qeyd edib:


"Eyni zamanda, biz region ölkələri ilə də sıx əlaqələri təmin etdik. Bu, bizə imkan verdi ki, biz iqtisadi problemlərin əksəriyyətini həll edək. Biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik".