İrevan Tv
CANLI TV

Siyasət
22 İyul 2024
7

İlham Əliyev: "Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil"



 

"İkitərəfli münasibətlərdə (Rusiya ilə - red.) həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Hətta Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanandan əvvəl də belə deyildi".


AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.


"Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Doğrudan da, son dövrlərdə yüksəksəviyyəli görüşlərin intensivliyi artıb, buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük (Rusiya Prezidenti Vladimir Putinlə - red.) və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir", - deyə dövlətimizin başçısı əlavə edib.