Qırğızıstan Parlamentinin sədri ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti iyunun 4-də ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
"Report" xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad edib.
Sonra Şəhidlər xiyabanına gələn Qırğızıstan nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO/VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Belarus Prezidenti Aleksandr Lukaşenko ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİR + FOTO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Mehriban Əliyevanı təbrik etdi
Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərib