İrevan Tv
CANLI TV

Siyasət
10 May 2024
3

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİR + FOTO



 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə dövlət qurumlarının rəsmiləri dahi şəxsiyyətin xatirəsini anmaqda davam edirlər. 


Oxu.Az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, müdafiə sənayesi naziri Vuqar Mustafayev, səhiyyə naziri Teymur Musayev də Fəxri xiyabanı ziyarət ediblər. 




09:58

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə dövlət qurumlarının rəsmiləri onun xatirəsini məzarı başında anıblar. 


Oxu.Az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Prezidentinin köməkçiləri Hikmət Hacıyev, Şahmar Mövsümov, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Milli Məclisin deputatları Fəxri xiyabanı ziyarət edənlər sırasındadırlar.

 



 

09:17

Ulu öndər Heydər Əliyev anadan olmasının 101-ci ildönümündə hörmətlə anılır.


Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər onu Fəxri xiyabandakı məzarı başında anırlar. 


Baş nazir Əli Əsədov, birinci müavini Yaqub Eyyubov, müavinləri Şahin Mustafayev, Əli Əhmədov, müdafiə naziri Zakir Həsənov, Milli Məclisin sədri Sahibə Qafarova Fəxri xiyabanı ziyarət edənlər sırasındadırlar. 







08:55

Ulu öndər Heydər Əliyev anadan olmasının 101-ci ildönümündə hörmətlə anılır.


Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.


Xatırladaq ki, bu gün Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il keçir.





 

 

Foto : PhotoStock.az