İrevan Tv
CANLI TV

Siyasət
17 İyun 2024
3

Mehriban Əliyeva Qurban Bayramı münasibətilə paylaşım edib



 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Qurban bayramı münasibətilə paylaşım edib.

İrevan Tv  paylaşımı təqdim edir:


"Əziz həmvətənlər!


Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!


Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"