Prezidentin köməkçisi: "Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır"
"Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir:
"Təkcə keçmiş təmas xətti boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə minalaşdırma işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yollara minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsidir".
H.Hacıyev qeyd edib ki, Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmaları da buna nümunədir:
"Əslində, o yol hərbi təyinatlı deyil. Amma yolun tank əleyhinə minalarla minalanması Ermənistanın niyyətinin nədən ibarət olduğunu göstərir. Ermənistan məqsədli şəkildə mina terrorunu həyata keçirir. Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin ləyaqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT
Hikmət Hacıyev: "İqlim dəyişikliyi ilə mübarizə qlobal təhlükəsizlik məsələsidir"
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Hikmət Hacıyev: "Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik"
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Prezidentin köməkçisi: "Azərbaycanda COP29-a hazırlıq işləri intensiv şəkildə davam etdirilir"
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Hikmət Hacıyev: "Oyun bitdi, Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb"
Rəsmi Bakıdan Ermənistana TUTARLI CAVAB