İrevan Tv
CANLI TV

Siyasət
02 İyul 2024
1

Rusiya və Azərbaycan prezidentləri arasında görüşün olması gözlənilir



 

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacağı gözlənilir.


Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.


Onun sözlərinə görə, liderlərin görüşü iyulun 3-də Astanada Şanxay Əməkdaşlığı Təşkilatının Sammiti çərçivəsində protokol tədbirlərinin başlamasından bir gün əvvəl keçiriləcək.


Mənbə: TASS