İrevan Tv
CANLI TV

Cəmiyyət
20 Avqust 2024
2

Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi "Formula-1" bitənədək bağlı olacaq



 

Bakı şəhərində "Formula-1" Azərbaycan Qran-prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.


Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.


Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.


Qeyd edilib ki, "Formula-1" Azərbaycan Qran-prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.