Kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
İrəvan Media Qrup xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin mayın 9-u səhərədək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Şərq küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi ehtimal edilir.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Hikmət Hacıyev: “Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir”
"Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"