İrevan Tv
CANLI TV

Cəmiyyət
23 May 2024
4

Bakı metrosunun vaqonları rənglənəcək



 

Bakı metrosunun bəzi vaqonları rənglənəcək.


İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı metropolitenin elan etdiyi tender başa çatıb.


Belə ki, istismarda olan metro vaqonlarının qumla təmizlənməsi, antipas boya ilə və ikiqat akril boya ilə rənglənməsi, eləcə də, tam yığılması işləri aparılacaq.


"Bakı Metropoliteni" sözügedən işlərin həyata keçirilməsini "YURD.MR" şirkətinə həvalə edib.


Qeyd olunan işlərin reallaşdırılması ilə əlaqədar olaraq, metro ilə şirkət arasında 2 112 500,12 manat dəyərində müqavilə bağlanıb.