İrevan Tv
CANLI TV

Cəmiyyət
24 May 2024
2

Travmatologiya və Ortopediya İnstitutuna yeni baş həkim təyin edilib



 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna baş direktorun müavinləri təyin olunublar.


Oxu.Az xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) baş direktorunun müavini - baş həkim vəzifəsinə təyin edilib.


Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.