İrevan Tv
CANLI TV

Cəmiyyət
26 May 2024
3

DİN vətəndaşlara müraciət etdi: "Aldanmayın!"



 

"Kibercinayətkarlar "O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, "I"dan "i", yaxud əksinə geniş istifadə edirlər".


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev "Facebook" sosial şəbəkə hesabında yazıb.


Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir:


"Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddindən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!".oxuaz//