İrevan Tv
CANLI TV

Cəmiyyət
31 May 2024
3

Deputat: "Bakıda 18 min nəfərə bir ambulans düşür"



 

"Bakıda 139 təcili tibbi yardım avtomobili fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər". 


"Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.


Millət vəkili vurğulayıb ki, Bakıda qeyri-rəsmi yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə gətirmək çətin deyil:


"Əhalisi 1,2 milyon nəfər olan Tbilisidə isə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".