İrevan Tv
CANLI TV

Siyasət
07 May 2024
7

Parlamentdə azad olunmuş ərazilərimizdə görülən işlər barədə məlumat verilib



 

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin digər bir mühüm aspekti həyata keçirilən layihələrin tarixi-ideoloji və siyasi məzmunu ilə bağlıdır.


İrevantv.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin mayın 7-də keçirilən iclasında deyib.


O bildirib ki, XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin, Ermənistanın ölkəmizə vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərər Fondun daim diqqət mərkəzində saxladığı mövzulardır.


Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də fəal iştirak etdiyini qeyd edən S.Məmmədov diqqətə çatdırıb ki, ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb.


Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər Ağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib. Aşağı Gövhər Ağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir.


Deputat Heydər Əliyev Fondunun ICESCO, UNESCO, BMT-nin İnkişaf Proqramı, ÜST, UNICEF və digər beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində mədəniyyət, səhiyyə, uşaqların müdafiəsi istiqamətində layihələr reallaşdırdığını da qeyd edib.