İrevan Tv
CANLI TV

Cəmiyyət
25 İyun 2024
6

Baş prokuror: "Separatçılarla bağlı cinayət işləri yaxın günlərdə məhkəməyə göndəriləcək"



 

"Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək".


"Report"un məlumatına görə, bunu baş prokuror Kamran Əliyev deyib.


O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:


"Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işlərinin materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək".


Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı separatçıların rəhbərləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.