İrevan Tv
CANLI TV

Cəmiyyət
06 İyul 2024
1

Azərbaycanda "Elektrik şəbəkəsinə dair Qaydalar" təsdiqləndi



 

Nazirlər Kabineti "Elektrik şəbəkəsinə dair Qaydalar"ı təsdiqləyib.


Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.


Qərara əsasən, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayana qədər "Elektrik şəbəkəsinə dair Qaydalar"da həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar "Azərişıq" ASC-nin yaratdığı informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilməsi müəyyənləşdirilib.