İrevan Tv
CANLI TV

İdman
29 İyul 2024
6

Azərbaycanın kişilərdən ibarət basketbol millisi Avropa çempionu olub



 

Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər kişilər arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub. 


Oxu.Az xəbər verir ki, yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.


Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərmizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, Azərbaycanın U-18 millisi son olaraq 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu.