İrevan Tv
CANLI TV

İdman / İrevantv
28 Avqust 2024
6

Premyer Liqa: "Neftçi" heç-heçə etdi



 

Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.


"Report" xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" və "Neftçi" üz-üzə gəlib.


"Live Bona Dea Arena"da baş tutan matçda heç-heçə qeydə alınıb - 1:1.


Qarşılaşmada hesabı meydan sahibləri açıb. 16-cı dəqiqədə Ömər Buludov dəqiq zərbə müəllifi olub.


"Ağ-qaralar" yalnız 90+4-cü dəqiqədə məğlubiyyətdən xilas olublar. Ramil Şeydayev fərqlənib.


Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "Qarabağ"a səfərdə 1:0 hesabı ilə qalib gəlib.