Avropa çempionatında komanda hesabında birinci olmuş Azərbaycan güləşçiləri Vətənə qayıdıblar
Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında komanda hesabında birinci olmuş Azərbaycanın sərbəst güləş üzrə millisi Vətənə qayıdıb.
"Report" xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət nümayəndələri, azarkeşlər və KİV təmsilçiləri qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatında yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb. Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan milli 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.
Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kiloqram) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.
Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazandılar, birinci oldular
Sərbəst güləş yığmamız Avropa çempionu oldu
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Mikayıl Cabbarov yüksək nəticə əldə etmiş güləşçilərimizi təbrik edib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Mikayıl Cabbarov yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik edib
Azərbaycanlı atlet Avropa birinciliyində üç qızıl medal qazanıb
Dünya çempionu Hidayət Heydərov vətənə qayıdıb
Azərbaycan güləşçiləri Tatarıstanda altı medal qazanıblar