Qərbi Azərbaycan Xronikası: "Hunlar mahir süvari kimi Avropanı lərzəyə gətiriblər"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qədim Şabran, Qəbələ şəhərlərinin qalıqları Qafqaz Hunlarının böyük mirasıdır" adlı veriliş efirə gedib.
Verilişdə araşdırmaçı Əkbər Nəcəf hunlar və Hun imperiyasının tarixi ilə bağlı maraqlı faktları açıqlayıb.
Onun sözlərinə görə, klassik Çin mətnlərində türklər haqqında dəyərli məlumatlar verilib. Qədim çində türkləri açılmış yay, ox şəklində təsvir edirdilər. Hun bir ittifaq adıdır, tam bir kimlik adı, bir boyun adı deyil.
O bildirib ki, hunların tənəzzülünə səbəb qlobal iqlim olub: "Hunlar mahir süvari kimi Avropanı lərzəyə saldılar. Çin, Bizans, Perslər atla döyüşməyi bilmədikləri üçün kənardan türk xalqlarını çağırırdılar. Hun imperiyası bölünüb iki böyük imperiyanın yaranmasına səbəb olub. Türk tayfalarını sərhəddə yerləşdirib, vergidən azad edirdilər ki, onları qorusunlar. Türk tarixində bütün dövlətlər sərhədlərdə yerləşən güclərin genişlənməsi, yenidən bir dövlətə çevrilməsi şəklində formalaşıb. Hunlar Koreyadan Balkana, Fransanın şimalına qədər uzanan bir coğrafiyada müxtəlif adlarla dövlətlər qurublar".
Ə.Nəcəf hunların 150-ci ildən etibarən Azərbaycanda gücləndiyini söyləyib: "Qədim Şabran, Qəbələ şəhərlərinin qalıqları Qafqaz hunlarının böyük mirasıdır. Dərbənddə olan silahbəndlər, kupetslər hunların nəslindəndir. Balasaqanda, bütün Albaniyada güc mərkəzinə çevrilən hunlar Sasanilərə qarşı üsyan ediblər. Qafqaz ərazisində yaranan bütün dövlətlərin əsasını hun ittifaqı təşkil edib".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Qərbi Azərbaycan Xronikası: "Qafqaz anlayışı 19-cu əsrdə yaranıb"
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Araşdırmaçı: "Mamikonyanlar türk, baqratilər yəhudi mənşəlidirlər, ermənilərlə aidiyyətləri yoxdur"
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Qərbi Azərbaycan ərazisində türklərin Arşak, Sakan, Qarqar tarixinə hay iddiası
Qərbi Azərbaycan Xronikası: "İrəvanda qazıntı işləri ermənilərdə qorxu yaradır, türk izləri çıxır"
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Sünik və Sisakan yalanının üstü açıldı - Tarixi saxtakarlıq - VİDEO
Qərbi Azərbaycan Xronikası: Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi
Qərbi Azərbaycan Xronikası: Şah İsmayılın verdiyi sənəd Çaxırlı kəndində təsdiqlənib - VİDEO
Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar"
Qərbi Azərbaycan Xronikası: "Qızıl Alma hədəfi və ona doğru gedən yol" - VİDEO
Qərbi Azərbaycan Xronikası: Şəmşəddində ruslara qarşı etirazların səbəbi - VİDEO