Qərbi Azərbaycan Xronikası: "Qızıl Alma hədəfi və ona doğru gedən yol" - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Qızıl Alma hədəfi və ona doğru gedən yol" adlı buraxılışda Loru mahalının, Barana (Noyemberyan) rayonunun Ləmbəli (Baqrataşen) kəndinin tarixi, xalçaçılığı və irsi araşdırılıb.
Tədqiqatçı alim, professor Cahangir Hacıyev Ləmbəli adının mənasından, burada toxunan xalçalarının üzərindəki təsvir və işarələrin gizli mənasından, oğuz türklərinin məskunlaşdığı Ləmbəli yurdunun tarixindən söz açıb.
Bildirilib ki, Ləmbəlinin tarixi xalçanın üzərində gizli işarələrlə qeyd olunub:
"Xalça üzərindəki əjdaha ilə döyüşən türkün təsviri qəhrəmanlıq rəmzi olmaqla yanaşı, bir çox gerçəkliyi üzə çıxarır, erməni saxtakarlığını ifşa edir. Həmçinin, Qızıl Alma hədəfi və ona doğru gedən yolun təsviri, Çadırgülü naxışı da oğuz boyunun damğasıdır. "Üçgöllü-əjdahalı" xalçada türk tayfları və yerləşdikləri ərazilərin işarələri yer alır".
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi nümayiş olunur
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar rəsm sərgisi keçirilib
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM