Qərbi Azərbaycan Xronikası: "Qafqaz anlayışı 19-cu əsrdə yaranıb"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Azərbaycanda yaranmış ilk Oğuz dövləti - İşquz çarlığı" adlı veriliş efirə gedib.
Verilişdə araşdırmaçı Əkbər Nəcəf Qafqazın tarixi və aborogen əhalisi haqqında danışıb, Çin-fars mənbələrində Qafqaz regionunun əhalisi və dövlətçilik tarixi ilə bağlı maraqlı faktları açıqlayıb.
Onun sözlərinə görə, Qafqaz anlayışı 19-cu əsrdə yaranıb:
"Türklər tarix boyunca bu areal içərisində qabaran dənizlər kimi bəzən genişləniblər, bəzən də kiçiliblər. Qafqazın ilk dəfə adı İşqulili, yəni İşquzeli şəklində çəkilib. Türklərin at üstündə oxla döyüşməyi onları yenilməz edib. Türk əslində bir etnik kimlik deyildir, daha çox bir idarə edici kimliyin adıdır".
O deyib ki, urartululara erməni demək tarixi yanlışlıqdır:
"Skiflər içərisində hakim ünsür türklər olublar. Skiflərin, Hunların, Oğuzların inancları eyni idi".
Süjetdə həmçinin Azərbaycandakı Səlcuq hökmdarı Yağıbasanın "Bizans xalqı qadınlaşmışdır, ona görə bu coğrafiyaya ələ keçirmə haqqımız vardır" fikirlərinə yer verilib, Qaraqoyunlu - Qara hunlar niyə "Qara", Ağqoyunlu - Ağ hunlar niyə "Ağ" adlanırdı suallarına da aydınlıq gətirilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Qərbi Azərbaycan ərazisində türklərin Arşak, Sakan, Qarqar tarixinə hay iddiası
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Sünik və Sisakan yalanının üstü açıldı - Tarixi saxtakarlıq - VİDEO
Qərbi Azərbaycan Xronikası: "İrəvanda qazıntı işləri ermənilərdə qorxu yaradır, türk izləri çıxır"
Qərbi Azərbaycan Xronikası: Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi
Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar"
Qərbi Azərbaycan Xronikası: "Göyçənin 30-dan çox kəndi 1837-ci ildə üsyana qalxıb"
Qərbi Azərbaycan Xronikası: Şah İsmayılın verdiyi sənəd Çaxırlı kəndində təsdiqlənib - VİDEO
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Qərbi Azərbaycan Xronikası: "Nəslimizə "qolçomaq" damğası vurub sürgün ediblər"
Qərbi Azərbaycan Xronikası: "Qızıl Alma hədəfi və ona doğru gedən yol" - VİDEO
Qərbi Azərbaycan Xronikası: "Göyçə mahalı aşıq sənətinin beşiyi sayılır"
Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə verilmədi" - VİDEO