İcma: "Bakıda saxlanılan ermənilərin azad edilməsi" çağırışları çirkin təbliğatdır"
Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 yaxınlaşdıqca Ermənistanda bəzi dairələr, erməni diasporu, Qərb ölkələrində Luis Okampo kimi irqçilər "Bakıda saxlanılan ermənilərin azad edilməsi" ilə bağlı hay-küy kampaniyasına başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, özünü "tolerant" hesab edən Ermənistan cəmiyyəti, insan hüquqlarından, dəyərlərdən dəm vuran həmin dairələr, ilk növbədə, Ermənistan hakimiyyətinə 30 il ərzində Azərbaycan ərazilərini nə üçün işğal altında saxladıqları barədə sual verməli, işğala görə üzr istəməyi tələb etməli, bununla bağlı ictimai müzakirələrə başlamalı, 4 000-ə qədər azərbaycanlı itkinin taleyinin müəyyənləşdirilməsinə çağırmalıdırlar:
"Açıq internet resurslarında Ermənistan ordusunun xüsusilə birinci Qarabağ müharibəsində mülki azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirən çoxlu foto və videolar var. Erməni cəmiyyəti ilk növbədə öz hakimiyyətindən, "müstəqil məhkəmə sistemi"ndən həmin hərbçilərin, sahə komandirlərinin cəzalandırılmasını tələb etməliydi.
Bütün bunların baş vermədiyi təqdirdə, "Bakıda saxlanılan ermənilərin azad edilməsi" çağırışları qeyri-səmimilikdən, cığallıqdan, milli müstəsnalığın təbliğindən, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək Azərbaycana qarşı çirkin təbliğatdan başqa bir şey deyil".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İcma erməni diasporunun və onun muzdlu xidmətçisi Okamponun əməllərini pisləyib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur
Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub
Xronika: İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir
Qərbi Azərbaycan ərazisində türklərin Arşak, Sakan, Qarqar tarixinə hay iddiası
Qərbi Azərbaycan Xronikası: Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları - VİDEO
İcma: "Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququ mövzusundakı ayrı-seçkiliyə son qoymalıdır"
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar"