İrevan Tv
CANLI TV

Qərbi Azərbaycan
21 İyun 2024
1

Qərbi Azərbaycan İcmasından qovulmuş azərbaycanlılarla bağlı Ermənistana ÇAĞIRIŞ



 

Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması 20 iyun Ümumdünya Qaçqınlar Günündə bütün dünyadakı köçkünlərlə həmrəyliyini bildirir və dünya ictimaiyyətini qaçqınlar məsələsinə daha artıq diqqət yetirməyə çağırır.


Bu  barədə İcmanın bəyanatında deyilir.


"Köçkünlük probleminin dayanıqlı həlli didərgin düşmüş insanların təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmasına şərait yaratmaqdan keçir.


Qərbi Azərbaycan İcması, üzvlərinin öz doğma torpaqlarına qayıdışı məqsədinə dialoq yolu ilə nail olmaq əzmindədir. İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, həmçinin sülh, barışıq və birgəyaşayış dəyərlərinə hörmət edir.


Qərbi Azərbaycan İcması qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazırdır. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də onun çağırışlarına cavab verməyib. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə yardım etmir.


Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırır", - bəyanatda qeyd edilib.