İrevan Tv
CANLI TV

Dünya
16 İyul 2024
2

ABŞ-də respublikaçıların prezident və vitse-prezidentliyə namizədləri təsdiqləndi



 

Miluokidə (Viskonsin ştatı) ABŞ Respublikaçılar Partiyasının Milli Konvensiyası öz işinə başlayıb.


Oxu.Az TASS-a istinadən xəbər verir ki, bazar ertəsi əsas hadisə partiyanın ölkə prezidentliyi və vitse-prezidentliyinə namizədinin elan edilməsi olub.


Gözlənildiyi kimi, partiyanın prezidentliyə namizədi keçmiş dövlət başçısı Donald Tramp olub.


Tramp isə özünün vitse-prezidenti qismində 39 yaşlı Ohayo senatoru Ceyms Devid Vensin adını açıqlayıb.


Dörd gün davam edəcək və geniş ictimaiyyətə açıq olmayan tədbirə 50 minə yaxın insanın qatılacağı gözlənilir. İştirakçılar arasında Konqres üzvləri, qubernatorlar, partiya liderləri və digər yüksəkvəzifəli məmurların olması gözlənilir.