İrevan Tv
CANLI TV

Dünya
10 Avqust 2024
4

"Temu" şirkətinin qurucusu Çinin ən zəngin insanı seçilib



 

"Pinduoduo" və onun törəmə şirkəti "Temu"nun yaradıcısı Kolin Huan Çinin ən varlı insanı seçilib.


Oxu.Az xəbər verir ki, bunu "Bloomberg Billionaires Index"in (BBI) məlumatları sübut edir.


Milyarderin 2024-cü il avqustun 9-na olan sərvəti 48,6 milyard dollar olaraq qiymətləndirilir.


Bundan əvvəl, üç ildən artıqdır ki, ÇXR-in ən varlı adamı adı Çjun Şanşana məxsus idi. Sahibkar "Nongfu Spring" qablaşdırılmış suyu sataraq sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard dollar dəyərində qiymətləndirilir.