İrevan Tv
CANLI TV

İdman
24 May 2024
5

Dünyanın ən bahalı futbol klubu məlum oldu



 

Məşhur maliyyə və iqtisadiyyat jurnal "Forbes" planetin ən bahalı futbol klublarının siyahısını dərc edib.


Ən dəyərli komanda "Real Madrid" olub. Klub 6,6 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.


İkinci yerdə 6,5 milyard dollarla "Mançester Yunayted" qərarlaşıb. Üçüncü pilləni "Barselona" (5,6 milyard dollar), dördüncü pilləni isə "Liverpul" (5,3 milyard dollar) tutur.


İlk beşliyi isə aktivləri 5,1 milyard dollar dəyərində olan "Mançester Siti" qapayır.