İrevan Tv
CANLI TV

İqtisadiyyat
05 İyul 2024
4

Nazir müavini ANONS VERDİ: Əmək müqavilələri ilə bağlı YENİLİK OLACAQ



 

"İşğaldan azad edilmiş ərazilərdə mütəmadi monitorinqlər aparırıq. İşəgötürənlərlə bağlı hər hansı uyğunsuzluq aşkarlananda onlara müvafiq xəbərdarlıqlar edirik".


Oxu.Az xəbər verir ki, bunu əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, "DOST" müfəttiş layihəsinin təqdimatı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.


Onun sözlərinə görə, işəgötürənlərin sözügedən ərazilərə işə cəlb etdikləri şəxslərlə həmin gün əmək müavilələri bağlaması vacibdir:


"Əks halda uyğunsuzluq olur. Bəzən işçilərlə işə başlayandan sonra əmək müqavilələri bağlanır. Bu kimi hallara yol verilməməsi üçün işəgötürənlərə müraciət edirik ki, diqqətli olsunlar. Eyni zamanda, qarşıda duran hədəflərə uyğun olaraq bir sıra yeniliklər gözlənilir. 2016-cı ildən başlayaraq əmək müqaviləsi bildirişləri nazirliyin əmək müqaviləsi bildirişlərin altsistemində yerləşdirilir. Əmək münasibətlərinin sağlamlaşdırılması üçün yaxın zamanlarda əmək bildirişləri deyil, əmək müqavilələrinin birbaşa özünün altsistemə daxil edilməsi, qeydə alınması həyata keçiriləcək. Əmək Müfəttişliyi Xidmətinin məqsədi heç bir halda işəgötürənlərin cəzalandırılması deyil. Onlarla birgə əməkdaşlıq etmək və işəgötürənlərin hüquqlarının qorunmasını təmin etməkdir. Biz qanunla işəgötürülən şəxslərin hüquqlarını pozan işəgötürənlər barəsində hüquqi müstəvidə tədbir görülməsini təmin etmişik".