Trombların əmələ gəlməsinin qarşısını almaq üçün beş effektiv üsul
"Sağlam həyat tərzi və idmanla məşğul olmaq tromboz riskini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, elastiki (kompression) geyimlərin istifadəsi də tromboz riskini azaltmağa kömək edir".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı həkim-fleboloq Yelena Smirnova "RIA Novosti"yə deyib.
Zərərli vərdişlərlə mübarizə, qidalanma və su rejiminə riayət etmə, adekvat fiziki aktivlik - bütün bunlar tromboz ehtimalını azaldır. Həkim hamilə qadınlara, uzun yola çıxan sürücülərə və təyyarə sərnişinlərinə elastiki geyimlər geyinməyi məsləhət görüb.
Varikozdan əziyyət çəkən insanlar üçün Smirnova uzunmüddətli statik yüklənməni aradan qaldırmağı və hərəkətləri məhdudlaşdırmayan geyim və ayaqqabı geyinməyi məsləhət görüb. Bu insanlara hamam və saunalardan çəkinmək lazımdır.
Qeyd edək ki, tromboz qan dövranı sisteminin xəstəliyidir və qan laxtalarının damar divarlarında əmələ gəlməsi ilə xarakterizə olunur. Azərbaycanda hər il minlərlə insan bu xəstəlikdən əziyyət çəkir. Statistikaya görə, tromboz hallarının 70%-i aşağı ətraf venalarında baş verir.
Böyrək daşlarının əmələ gəlməsindən qoruyan məhsullar açıqlandı
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Mütəxəssisdən hər gün duş qəbul edənlərə TÖVSİYƏ
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Türkiyəli mütəxəssis daim yorğun olan insanlara 6 effektiv üsul tövsiyə etdi
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Ürəyi zəif olanların yayın bürküsündən qorunmağının beş yolu
15 dəqiqə kifayətdir: İstilik vurmasının orqanizmi məhv etməsi addımbaaddım
Təhlükəli pəhrizlərin adları açıqlandı - Nutrisioloqdan xəbərdarlıq
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Evdar qadınlara məsləhət: Zibil qabına limon atın
İmmuniteti gücləndirir, ürək xəstəliyi riskini azaldır