İstidən necə qoruna bilərik?
İsti havalarda açıq günəşdə uzun müddət qalmaq tövsiyə edilmir.
Bu barədə Rusiyanın Vinoqradov adına Klinik Xəstəxananın baş həkimi, professor Olqa Şarapova xəbərdarlıq edib.
Onun sözlərinə görə, baş geyimi haqqında unutmamaq vacibdir, çünki birbaşa günəş şüaları və yüksək temperaturun təsiri altında bir saat yarımdan üç saata qədər başı isti vura bilər. Kepka, beysbol papağı, şlyapa və ya yaylıqlar günvurmasından qorunmağa kömək edəcək.
Həkim istivurmanın ilk əlamətlərinin baş ağrısı və başgicəllənmə olduğunu xatırladıb. Qan damarlarının genişlənməsi ilə əlaqədar olaraq, qan bədəndə durğunlaşmağa başlayır, bunun nəticəsində insanın ürəyi bulana bilər. Günvurmanın daha ciddi əlamətləri təngnəfəslik, gözlərdə qaralma, hallüsinasiyalar və huşun itirilməsidir. Ən ağır hallarda, istivurma ürəyin dayanması ilə nəticələnə bilər.
"İstidən qorunmaq üçün pambıq və ya kətan parçalardan açıq rəngli paltar geyinmək vacibdir. Ən azı iki litr qazsız su içmək, yağlı yeməklər yeməmək və idmanla məşğul olmamaq məsləhətdir. İdeal olaraq, heç olmasa günorta vaxtı evdən çıxmamaq məsləhətdir", - deyə həkim yekunlaşdırıb.
Mənbə: lenta.ru
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ
İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Şəkərli diabeti illər əvvəl müəyyən etməyin yolu
Təhlükəli pəhrizlərin adları açıqlandı - Nutrisioloqdan xəbərdarlıq
İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
"Maşınları saxlayıb, şüşələri qaldırın" - Hava XƏBƏRDARLIĞI
Heydər Əliyev Mərkəzində "Görünməyənin cizgiləri" sərgisi açılıb