Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 7-də Kahramanmaraş vilayətində “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Bu barədə İrevantv.com AZƏRTAC-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumata əsasən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək göstərib.
2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
Azərbaycan tərəfinin icraçı qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov layihə çərçivəsində görülən tikinti işlərinin gedişi barədə Baş nazir Əli Əsədova məlumat verib.
Baş nazir tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Neftçilərə yeni mənzillər təqdim edildi
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
İlham Əliyev İqor Babuşkini qəbul edib
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM