İrevan Tv
CANLI TV

Siyasət / İrevantv
07 Avqust 2024
2

Sergey Şoyqu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib



 

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çərşənbə axşamı Bakıya işgüzar səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.


İrevan TV İnterfaks-a istinadən xəbər verir ki, Şoyqu həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib.


Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev, eləcə də Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.