Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - FOTO
Mayın 14-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Yan Borq arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.
Azərbaycan və Malta arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, enerji və turizm kimi sahələrdə münasibətlərin gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.
Maltanın ATƏT-də sədrliyinin prioritetləri arasında ətraf mühit, bağlantılar kimi sahələrin əks olunmasının Azərbaycan tərəfindən müsbət qarşılandığı bildirilib. Xüsusilə Azərbaycanın COP29 sədrliyi ilə Maltanın ATƏT sədrliyinin birgə səylər sayəsində qlobal ətraf mühit dəyişikliyinə reaksiya verilməsində sinerji effekti yarada biləcəyi diqqətə çatdırılıb.
Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə ATƏT-in regional ölçülü məsələlərin həllində rolunu qoruyub saxlaya bilmək üçün özünün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş üzvlük coğrafiyasından maksimum istifadə etməli olduğu vurğulanıb. Burada suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin ATƏT çərçivəsində təhlükəsizliyin təmini, inamın bərpası və əməkdaşlıq üçün təməl rolunu oynamalı olduğu xatırladılıb.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə maltalı həmkarına ətraflı məlumat verib. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə sülh sazişinin imzalanması üzrə birbaşa ikitərəfli danışıqların irəliyə getmək üçün ən yaxşı yanaşma olduğu bildirilib.
Keçmiş münaqişə dövründə bir sıra ATƏT təsisatlarının Ermənistan ilə Azərbaycan arasında 30 il davam etmiş münaqişənin həlli prosesində müvafiq mandat daşımasına baxmayaraq, hər hansı irəliləyişə nail ola bilmədiyi qeyd olunub.
Keçmiş münaqişənin nəticələrini aradan qaldırılması mövzusu üzrə danışarkən aktuallığını itirmiş təsisatlara istinadlar edilməsinin Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə xələl gətirdiyi bildirilib.
Postmünaqişə dövründə Azərbaycan tərəfinin tələbatı və müvafiq müraciətinə əsaslanaraq, ölkəmizdə minalardan və partlamamış sursatlardan təmizləmə, eləcə də məcburi köçkünlərin qayıdışını sürətləndirmə işlərinə dəstək verilməsinin vacibliyi vurğulanıb.
Nazirlər daha sonra mətbuat brifinqində görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR + VİDEO
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
İlham Əliyev İqor Babuşkini qəbul edib
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub