Anar Eyvazovdan Rusiya sülhməramlılarının Qarabağdan çıxması ilə bağlı AÇIQLAMA
“Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq”.
APA xəbər verir ki, bunu jurnalistlərə Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılması ilə əlaqədar keçirilən təntənəli mərasimdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
“Azərbaycan və Rusiya prezidentləri arasında Rusiya sülhməramlılarının ölkəmizin ərazisini tərk etməsinə dair əldə olunmuş razılığa əsasən, Rusiya sülhməramlılarının fəaliyyətinin başa çatması ilə əlaqədar tədbir keçirilir. Bugünkü tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksəkrütbəli zabitlər iştirak edirlər. Sülhməramlıların ərazini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq.
Onu da qeyd edim ki, sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi plana uyğun olaraq həyata keçirilir. Bununla bağlı əlavə məlumat veriləcək”, - o bildirib.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Müdafiə nazirinə yeni müavin təyin olunub
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası nə zaman yekunlaşacaq?