İrevan Tv
CANLI TV

Siyasət
17 May 2024
4

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər



 

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər.


Məlumata görə, Sahibə Qafarova və Alen Simonyan arasında görüş Cenevrədə keçirilib.


Görüş parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində baş tutub.


Qeyd edək ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.


Mənbə: Sputnik Ermənistan